Azərbaycanın Tehrandakı səfiri İranın Rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Azərbaycanın Tehrandakı səfiri İranın Rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb
# 25 may 2016 21:16 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. Iranın rabitə və informasiya texnologiyalar naziri, Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının həmsədri Mahmud Vaeizi Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynovu qəbul edib.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə M.Vaeizi Azərbaycanın Tehrandakı yeni səfirini salamlayıb, Azərbaycan və İran arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb.

İranın kənd təsərrüfatı və turizm nazirinin Azərbaycana səfərinə toxunan M.Vaezi deyib ki, adıçəkilən sahələrdə iki ölkə arasında əlverişli razılıqlar əldə olunub. “Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün biz bütün sahələrdə, xüsusilə iqtisadi, ticarət, bank sahələrində hər növ əməkdaşlıq etməyə hazırıq. Həmçinin Azərbaycanın özəl şirkətlərinin İranın müxtəlif şəhərlərində fəaliyyəti üçün bütün lazımi işləri görməyə hazırıq", deyə M.Vaezi qeyd edib.

Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynov, öz növbəsində, bildirib ki, özünü Tehranda öz vətənindəki kimi hiss edir: “Bu, iki xalq və dövlətin yaxın olmasının göstəricisidir. Azərbaycanlı investorlar İranda iqtisadi fəaliyyətlər göstərməkdə maraqlıdır. O cümlədən hotellərin tikilməsi, bank filiallarının yaradılması və digər sahələrdə. Səfirlik olaraq biz bu istiqamətlərdə müəyyən işlər görürük, sahələri araşdırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR