Belçikada atom elektrik stansiyasının reaktoru avtomatik dayanıb

Belçikada atom elektrik stansiyasının reaktoru avtomatik dayanıb
# 22 aprel 2016 03:27 (UTC +04:00)

Bakı-APA. Belçikada “Dul” atom elektrik stansiyasının reaktoru avtomatik dayanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda AES-in ekspertləri insidentin səbəblərini müəyyənləşdirirlər. Stansiya rəhbərliyindən enerji blokunun fəaliyyətinin yaxın zamanda bərpa olunacağı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Almaniya Belçikadan fəaliyyəti dayandırılmış iki atom reaktorunun istismarını bərpa etmək planlarından imtina etməyi tələb edib.

Qonşuluqdakı Niderland və Lüksemburq Almaniyanın təşəbbüsünü dəstəkləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR