Türkiyədə baş vermiş partlayış nəticəsində 4 nəfər xəsarət alıb

Türkiyədə baş vermiş partlayış nəticəsində 4 nəfər xəsarət alıb
# 19 iyun 2016 20:07 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində partlayış baş verib.

APA-nın “Anadolu”-ya istinadən verdiyi məlumata görə, nəticədə 4 nəfər xəsarət alıb.

Yaralılar təcili yardım maşınları ilə Kızıltəpə Dövlət Xəstəxanasına çatdırılıblar. Onların həyatlarına təhlükə yoxdur.

İnsident nəticəsində bir neçə binaya zərər dəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. İlkin ehtimala görə, Kızıltəpədə əldəqayırma partlayıcı qurğu işə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR