Qaradağda "KamAZ" dərəyə aşıb, sürücü xəsarət alıb

Qaradağda "KamAZ" dərəyə aşıb, sürücü xəsarət alıb
# 25 aprel 2016 11:33 (UTC +04:00)

Bakı - APA. Bakının Qaradağ rayonunda, Bakı-Qazax yolunun 54-cü kilometrliyində "KamAZ" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə aşıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR