Mayda Ceyhan limanından neft nəqli 3% artıb

Mayda Ceyhan limanından neft nəqli 3% artıb
# 08 iyun 2016 12:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayı ərzində 2 mln. 562 min 488 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,58% çoxdur.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu həcmin 1 mln. 558 min 661 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.


Bu ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 mln. 651 min 407 ton təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.


Ümumiyyətlə, BTC istismara verilən gündən bu il iyun ayının 1-ə qədər Ceyhan limanından 303 mln. 845 min 179 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR