"Akkord"un illik ümumi yığıncağı səlahiyyətli hesab edilməyib

"Akkord"un illik ümumi yığıncağı səlahiyyətli hesab edilməyib
# 06 iyun 2016 08:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin iyunun 1-də keçirilən illik ümumi yığıncağı səlahiyyətli hesab edilməyib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, iyunun 1-də növbəti illik yığıncaqda illik hesabat təqdim olunmadığı, illik ümumi yığıncaqda səsli səhmlərin altmış faizinin sahibləri iştirak etmədiyi üçün yetərsay olmadığı və bu səbəbdən iclas səlahiyyətli hesab edilmədiyi üçün səhmdarların illik ümumi yığıncağının növbəti iclası iyulun 15-də keçiriləcək.

İclasda Ümumi yığıncağın gündəliyinin təsdiq olunması, cəmiyyətin illik hesabatının təsdiq edilməsi və cari məsələlərin müzakirə ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR