Saatlıda yol qəzası baş verib, sürücü xəsarət alıb

Saatlıda yol qəzası baş verib, sürücü xəsarət alıb
# 30 sentyabr 2015 15:26 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. Saatlı şəhər sakini, 1994-cü il təvəllüdlü Ülvi Hicran oğlu Alışzadə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Ü. Alışzadə Saatlı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR