Nazir müavini: “Bölgələrdə özəl internet provayderlərə şərait yaradılmalıdır”

Nazir müavini: “Bölgələrdə özəl internet provayderlərə şərait yaradılmalıdır”
# 17 may 2016 16:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “İnternet xidmətinin keyfiyyətinin artırılması bu gün ən başlıca vəzifələrdən biridir və bu istiqamətdə işlər həyata keçirilir”.

APA-Economics” xəbər verir ki, bunu rabitə və texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə müsahibəsində deyib.

“Bölgələrdə internet provayder şirkətlərinə şəraitin yaradılması ən başlıca məqamlardan biridir. Bölgələrdə şərait yaradılmalıdır ki, provayderlər öz abunəçilərinə xidmətləri yüksək səviyyədə göstərsinlər”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR