Balıq Sənayesi Kolleci “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tabeliyinə verilib

Balıq Sənayesi Kolleci “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tabeliyinə verilib
# 23 may 2016 13:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Təhsil Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılıb.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Bu qərar 2016-cı il 1 sentyabr tarixindən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR