Nazarbayev: "Aktobedə terror törədənlər xaricdən göstəriş alıblar"

Nazarbayev: "Aktobedə terror törədənlər xaricdən göstəriş alıblar"
# 08 iyun 2016 14:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Aktobe şəhərində silsilə hücumlar təşkil edən cinayətkarlar xaricdən göstəriş alıblar”.

APA-nın “Nezavisimaya qazeta”ya istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev yazılı bəyanatında deyib. O bildirib ki, terror aktını təşkil edən radikal dini cərəyanın tərəfdarları təlimatları xaricdən alıblar. Mətndə hadisə ilə bağlı daxili işlər nazirinin rəhbərliyi ilə idarələrarası istintaq-əməliyyat qrupunin işlədiyi qeyd olunur: “Bütün cinayətkarlar qanunun ən sərt tərəfi əsasında məsuliyyətə cəlb olunacaqlar. Hücum nəticəsində xəsarət almış şəxslərə və həlak olanların ailələrinə hərtərəfli kömək ediləcək”.

Xatırladaq ki, 5 iyun tarixində Qazaxıstanın Akobe şəhərində cinayətkar dəstə 2 silah mağazasına və hərbi hissəyə hücum edib. Nəticədə 3 dinc sakin və 3 hərbçi həlak olub. Hadisə nəticəsində 13 ekstremist zərərsizləşdirilib, 14-ü yaralanıb və 6-sı axtarışdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR