Bakı-APA. Bu gün Dərbəndin sabiq merinin atası evində güllələnərək öldürülüb.
AP-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Dərbəndin sabiq meri Feliks Qazıəhmədovun 82 yaşlı atası Hacıəhməd Qazıəhmədov cəsədi evində aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.