BMT İraqda ölən və yaralananların sayında azalma qeydə alıb

BMT İraqda ölən və yaralananların sayında azalma qeydə alıb
# 01 may 2016 16:43 (UTC +04:00)

Bakı-APA. Aprel ayında İraqda silahlı münaqişə zamanı ölən və yaralananların sayı mart ayı ilə müqayisədə azalıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu, BMT-nin İraq üzrə Missiyasının aylıq hesabatında əksini tapıb.

Aprel ayın 741 iraqlı ölüb, 1374 nəfər yaralanıb. Mart ayında isə bu ölkədə 1119 nəfər ölüb, 1561 nəfər yaralanıb. Hesabata əsasən aprel ayında həyatını itirənlərin 410 nəfəri, yaralananların isə 973 nəfəri mülki şəxsidir. Aprel ayında İraq təhlükəsizlik qüvvələrinin itkisi 331 nəfər olub, 401 nəfər yaralanıb. Ay ərzində paytaxt Bağdadda 232 mülki şəxs ölüb, 642 mülki şəxs yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR