İran parlamentinin sədr müavini: “İran-Rusiya əlaqələrinin inkişafı ABŞ-ın regionda nüfuzunun azalmasına təsir edir”

İran parlamentinin sədr müavini: “İran-Rusiya əlaqələrinin inkişafı ABŞ-ın regionda nüfuzunun azalmasına təsir edir”
# 28 aprel 2016 11:13 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “S-300 raket kompleksinin təhvil verilməsi İran və Rusiyanın müdafiə sahəsində əməkdaşlığının bariz nümunəsidir”.

Bunu APA-nın Tehran bürosunun müxbirinə açıqlamasında İran parlamenti spikerinin müavini Məhəmməd Həsən Əbuturabifərd deyib.

M. Əbuturabifərd bildirib ki, S-300 raket kompleksi İranın hava hücumundan müdafiəsinin gücləndirilməsinə önəmli rol oynayır. Onun sözlərinə görə, İran Sovet İttifaqı dağılandan sonra Rusiya ilə iqtisadi, elmi və siyasi sahədə əlaqələri inkişaf etdirib.

M. Əbuturabifərd qeyd edib ki, son illərdə İranla Rusiya arasında əlaqələr daha da möhkəmlənib və inkişaf edib: ”Ümid edirəm ki, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələr daha da möhkəmlənəcək. İki ölkə arasında əlaqələrin inkişafı Asiyanın cənub-qərbində və dünyada təhlükəsizliyin təmin edilməsində, ABŞ-ın regionda nüfuzunun azalmasında böyük təsirə malikdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR