Tiflisdə pendir festivalı keçirilib 

Tiflisdə pendir festivalı keçirilib 
# 11 oktyabr 2015 12:21 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə ilk dəfə olaraq ikigünlük “Qafqaz pendiri-2015” adlı pendir festivalı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, festivalda Gürcüstanla yanaşı Azərbaycan və Ermənistanın da pendir istehsalçıları da iştirak edib. Tədbirdə Gürcüstanın bütün regionlarından 60 növ pendir təqdim edilib. Festivalda Gürcüstanın kənd təsərrüfatı naziri Otar Danelia, Tiflis şəhər meri David Narmania, Tiflis bələdiyyəsinin sədri Georgi Alibeqaşvili da iştirak ediblər.

Festivalda Azərbaycan Süd İstehsalçıları Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Pak qida" MMC 35 pendir növü ilə nümayiş etdirib.

Oktyabrın 10-11-də keçirilən festival çərçivəsində "Ən yaxşı pendir istehsalçısı" nominasiyası üzrə müsabiqə də keçirilib. Müsabiqənin mütəxəssislərdən ibarət münsiflər heyəti nominasiya qaliblərini seçiblər.

Tədbir çərçivəsində pendir satışı da təşkil edilib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR