Müdafiə nazirinin müavini: "Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab vermək üçün lazımı tədbirlər görür"

Müdafiə nazirinin müavini: "Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab vermək üçün lazımı tədbirlər görür"
# 27 aprel 2016 11:43 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Cəbhədə təxribatı kimin törətdiyi hər kəsə məlumdur. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını almaq və düşmənə layiqli cavab vermək üçün bütün lazımı tədbirləri görür”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

Cəbhədə vəziyyətin nəzarət altında olduğunu söyləyən nazir müavini Azərbaycan Silahlı Qüvvələrinin xidmətini layiqincə davam etdirdiyini qeyd edib.

V Moskva Təhlükəsizlik Konfransında Azərbaycanın iştirakının önəmindən danışan K. Vəliyev konfransın mövzusunun vacibliyini diqqətə çatdırıb: "Beynəlxalq terrorçuluqla mübarizə bu gün dünya üçün çox vacibdir. Terror təhlükəsi bizim regionda da mövcuddur. Buna misal olaraq qonşumuzdan olan təhdidi göstərmək olar. Biz real terror təhlükəsi ilə üz-üzəyik, müharibə vəziyyətdəyik. İnşallah qalib gələcəyik”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR