Odessada qətlə yetirilən beyləqanlı gəncin meyiti Azərbaycana yola salınıb

Odessada qətlə yetirilən beyləqanlı gəncin meyiti Azərbaycana yola salınıb
# 09 fevral 2016 09:03 (UTC +04:00)

Dnepropetrovsk. Mübariz Aslanov - APA. Ukraynanın Odessa şəhərində qətlə yetirilən azərbaycanlı gənc iş adamı Aqşin Məmmədovun meyiti bu gün Azərbaycana yola salınıb.

APA-nın Ukraynaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, mərhum doğulduğu Beyləqan rayonunda dəfn olunacaq.

Qeyd edək ki, əslən Beyləqan rayonunun 1-ci Aşıqlı kəndindən olan, 27 yaşlı Aqşin Məmmədov fevralın 7-si axşam saatlarında Odessadakı kafelərin birindən çıxaraq avtomobilinə minən zaman naməlum şəxslərin hücumuna məruz qalıb. A. Məmmədov çoxsaylı bıçaq xəsarətləri alıb və hadisə yerində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR