İmişlidə avtomobil velosipedçini vuraraq öldürüb - YENİLƏNİB

İmişlidə avtomobil velosipedçini vuraraq öldürüb - <span style="color: red;">YENİLƏNİB
# 28 may 2016 08:42 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişlidə yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ölən velosipedçi rayonun Göbəktala kənd sakini, 1984-cü il təvəllüdlü Əmrahov Zabil Əvəz oğludur.

***

08:06

İmişli. Əlibəy Zeynallı-APA. İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Şahverdili kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobil hələlik şəxsiyyəti məlum olmayan 20-25 yaşlı velosipedçini vurub. Nəticədə velosipedin sürücüsü ağır kəllə-beyin travması ilə, komatoz vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq o, səhər saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR