Rusiya XİN sözçüsü: “Sergey Lavrov Bakıya səfərini təxirə salmayıb”

Rusiya XİN sözçüsü: “Sergey Lavrov Bakıya səfərini təxirə salmayıb”
# 04 aprel 2016 21:58 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfərini təxirə salmayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, planlaşdırıldığı kimi Sergey Lavrov aprelin 7-də Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşündə iştirak edəcək: "Bakıda keçiriləcək üçtərəfli görüşdə nazirin iştirakı təxirə salınmayıb. Nazirlər görüşdə Dağlıq Qarabağdakı vəziyyəti və münaqişənin nizamlanması yollarını müzakirə edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR