Məşhur memar Zaha Hadid vəfat edib

Məşhur memar Zaha Hadid vəfat edib
# 31 mart 2016 17:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Məşhur qadın memar Zaha Hadid bu gün 65 yaşında Mayamidə vəfat edib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, İraq əsilli Z. Hadid bronxitdən müalicə aldığı Mayami hospitalında ürək tutmasından dünyasını dəyişib.

Xanım memar dünyaca məşhur bir sıra komplekslərin, o cümlədən 2012-ci ildə London Olimpiya Oyunlarının keçirildiyi binalardan biri olan London Su İdman Növləri Mərkəzinin və Bakıdakı Heydər Əliyev Mərkəzinin memarı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR