ABŞ Polşaya 1000 hərbçi göndərəcək

ABŞ Polşaya 1000 hərbçi göndərəcək
# 08 iyul 2016 16:46 (UTC +04:00)


Bakı - APA. ABŞ Polşada 1000-ə yaxın hərbçi yerləşdirəcək.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama Varşavada polşalı həmkarı Anjey Duda ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

B. Obama deyib ki, NATO Şərqi Avropada iştirakını artırmaq istəyir: “Əgər NATO-nun Polşada iştirakdan danışırıqsa, ABŞ bu istiqamətdə aparıcı rol oynayacaq. Biz Polşada rotasiya əsasında bir tabor, minə yaxın hərbçi yerləşdirəcəyik”.

Qeyd edək ki, Polşa müdafiə naziri Antoni Matsereviç ölkədə NATO-nun bir neçə bir əsgərinin yerləşdiriləcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR