Yunanıstan prezidenti və Gürcüstan baş naziri Azərbaycan prezidentini təbrik ediblər

Yunanıstan prezidenti və Gürcüstan baş naziri Azərbaycan prezidentini təbrik ediblər
# 01 iyun 2016 17:18 (UTC +04:00)

Bakı – APA. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, G. Kvirikaşvilinin məktubunda deyilir:

“Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətlərinə söykənən güclü ikitərəfli əlaqələr qarşılıqlı maraq kəsb edən müxtəlif sahələrdə uğurlu əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimizin və xalqlarımızın rifahı naminə gələcəkdə bu münasibətlər daha da dərinləşəcək və inkişaf edəcək. Bu xoş fürsətdən istifadə edərək, Gürcüstan hökuməti və xalqı adından sizə ən xoş arzularımızı çatdırırıq”.

İ. Əliyevi həmçinin Yunanıstan prezidenti Prokopis Pavlopulos təbrik edib: “Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Yunanıstan xalqı adından və şəxsən öz adımdan sizə ən səmimi təbriklərimi çatdırıram. Bu xoş fürsətdən istifadə edərək, sizə şəxsi rifah, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram”.

Azərbaycanın dövlət başçısını həmçinin Macarıstan prezidenti Yanoş Ader və Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyum təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR