Bu il məktəblərdə 52 “Sağlam təhsil” sinfi yaradılıb

Bu il məktəblərdə 52 “Sağlam təhsil” sinfi yaradılıb
# 08 iyun 2016 11:56 (UTC +04:00)

Bak-APA. 2015-2016-cı tədris ilində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində daha 52 “Sağlam təhsil” sinfi yaradılıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hazırda Bakıda 33, Sumqayıtda 1 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmin siniflərdən 15-i ötən tədris ilində yaradılıb.


2015-2016-cı tədris ilinə ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. O cümlədən, kurrikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR