"Qazprom"un rəhbəri: "Avropanın cənubunu qazlaşdırmaq üçün Cənub Qaz Dəhlizindən yaxşı variant yoxdur"

"Qazprom"un rəhbəri: "Avropanın cənubunu qazlaşdırmaq üçün Cənub Qaz Dəhlizindən yaxşı variant yoxdur"
# 07 iyun 2016 15:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyalı məmurlar Peterburq beynəlxalq iqtisadi forumunda iştirak etmək üçün Sankt-Peterburqa səfər edəcək Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə danışıqlar aparacaq.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Qazprom" şirkətinin Direktorlar Şurasının sədri Viktor Zubkov deyib.

O bildirib ki, danışıqlar zamanı Rusiya qazının Qara dəniz vasitəsilə Avropanın cənubuna çatdırılması müzakirə olunacaq: "Bizim prezidentimiz, hökumətimiz Avropa İttifaqı ilə dil tapmağa çalışır. Cənab Yunker Sankt-Peterburqda keçiriləcək forumda iştirak edəcək. O, ağıllı adamdır və anlamalıdır ki, Avropanın cənubunu qazlaşdırmaq üçün Cənub Qaz Dəhlizindən yaxşı variant yoxdur", - deyə V. Zubkov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR