DİN: Bakı sakini evində döyülərək öldürülüb

DİN: Bakı sakini evində döyülərək öldürülüb
# 08 yanvar 2016 10:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Bakının Nizami rayonunda törədilən qətllə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 7-də Bakı şəhər sakini Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti paytaxtın Nizami rayonunun M.Rüstəmov küçəsindəki evində tapılıb. Nizami Rasyon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR