Kvirikaşvili: “1500-dən çox Ahıska türkü və 479 azərbaycanlı repatriasiya hüququndan yararlanıb”

Kvirikaşvili: “1500-dən çox Ahıska türkü və 479 azərbaycanlı repatriasiya hüququndan yararlanıb”
# 21 aprel 2016 13:42 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında çıxış edən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Ahıska türklərinin problemlərinə də toxunub.


APA-nın Avropa bürosunun xəbərinə görə, baş nazir bildirib ki, Gürcüstan Ahıska türkləri ilə bağlı Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib: “Biz Gürcüstan SSR-dən zorla sürgünə göndərilmiş şəxslərin repatriasiyası haqqında qanun qəbul etmişik və artıq 1500-dən çox məcburi köçkünə bu status şamil edilib. Bundan əlavə, 479 azərbaycanlı repatriasiya statusundan yararlanıb və Gürcüstan vətəndaşlığı ala biləcək. Bu, davam edən bir prosesdir. Gürcüstan hökuməti 2010-cu ildə repatriasiya edilmiş şəxslər üçün Gürcüstan vətəndaşlığının qəbul edilməsinə imkan verəcək prosesi asanlaşdırmağı nəzərdə tutan qanun qəbul edib və bizim repatriasiya üzrə xüsusi strategiyamız var, bu da bütün vətəndaşların bərabərliyi üzərində qurulub. 40-cı illərdə deportasiya edilmiş şəxslərə Gürcüstan vətəndaşlığının verilməsi məsələsi isə hazırda aidiyyəti olan orqanlar tərəfindən araşdırılır və hesab edirəm ki, yaxın zamanlarda bu haqda müsbət bir qərar qəbul olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR