Sabirabadda narkotik vasitə əkən şəxs tutulub

Sabirabadda narkotik vasitə əkən şəxs tutulub
# 17 may 2016 11:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sabirabad rayonunda narkotik vasitə əkən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Baloğlanovun 0,05 hektar sahədə aqrotexniki qaydada əkib-becərdiyi 16 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR