Bakıda iki nəfəri bıçaqlamaqda şübhəli şəxs tutulub

Bakıda iki nəfəri bıçaqlamaqda şübhəli şəxs tutulub
# 16 sentyabr 2015 07:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda iki nəfəri bıçaqlamaqda şübhəli şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 13-də saat 03:30 radələrində Tbilisi prospektində naməlum şəxs Xırdalan şəhər sakini, 1980-ci il təvəllüdlü Rasim Hüseynova və Zaur Rzayevə bıçaqla ağır bədən xəsarəti yetirib.


Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü Nahid Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR