Tovuzda mənzilə basqın edən şəxslər saxlanılıb

Tovuzda mənzilə basqın edən şəxslər saxlanılıb
# 27 fevral 2016 09:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Tovuzda mənzilə basqın edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 16-da İsaq İsayevin yaşadığı evə girib ona bıçaqla xəsarət yetirərək 40 manat və qızıl əşya aparmış rayon sakini, əvvəllər məhkum olunmuş Rizvan Ələsgərov və Şirvan şəhər sakini Natiq Hüseynov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR