Bakıda fərdi ev yanıb

Bakıda fərdi ev yanıb
# 25 yanvar 2016 19:26 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 1 otaq və mətbəxdən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR