Şəki sakinini ilan sancıb

Şəki sakinini ilan sancıb
# 20 avqust 2016 07:59 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə 42 yaşlı kişini ilan sancıb. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 19-u saat 20 radələrində rayonun İncə kənd sakini, 1974-cü il təvəllüdlü Niyazi Şəmsəddin oğlu Verdiyev ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, Niyazi Verdiyev yaşadığı kəndin ərazisində sahədə işləyərkən ilan onun sağ ayağının topuq nahiyəsindən sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N. Verdiyevə lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR