Oqtay Əsədov AŞPA-da parlament rəhbərlərinin görüşündə iştirak edir

Oqtay Əsədov AŞPA-da parlament rəhbərlərinin görüşündə iştirak edir
# 15 sentyabr 2016 15:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa Şurası Parlament Assambleyasında üzv ölkələrin parlament rəhbərlərinin Avropa sammiti keçirilir.

APA-nın məlumatına görə, görüşə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da qatılıb. Onu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova müşayiət edirlər.

İki gün davam edəcək tədbirdə tərəfdaşlar, müşahidəçilər, qonşu ölkələrdən olan nümayəndələr, təşkilat üzvləri, parlament üzvləri və spikerlərdən ibarət 350-yə yaxın nümayəndə iştirak edir.

Xatırladaq ki, bu tip toplantılar 2 ildən bir keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR