Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 01 aprel 2016 11:17 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-130, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-70 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, aprelin 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 270 m3/s olmaqla ongünlük normanın 58 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 248 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 20 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 120 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 92 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

Aprelin 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 22, Şirvanda 12, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 15 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 452 sm (2015-ci il aprelin 01-də 384 sm), Şirvanda 291 sm (2015-ci il aprelin 01-də 235 sm), Salyanda 223 sm (2015-ci il aprelin 01-də 180 sm), Bankədə 203 sm (2015-ci il aprelin 01-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 163 sm (2015-ci il aprelin 01-də 120 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR