Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib

Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib
# 03 may 2016 23:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Mayın 3-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin konfransı keçirilib.

APA-nın məlumatına görə, konfransda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 5 illik fəaliyyətinə dair hesabat dinlənilib.

Konfransda Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri seçilib. Eyni zamanda təşkilatın yeni İdarə Heyətinin üzvləri seçilib, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR