Azərbaycan ordusunun əsgəri şəhid olub

Azərbaycan ordusunun əsgəri şəhid olub
# 03 may 2016 19:11 (UTC +04:00)

Bakı-APA. Azərbaycan ordusunun əsgəri şəhid olub. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 3-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR