Sabirabadda qardaş bacısının başını kəsib

Sabirabadda qardaş bacısının başını kəsib
# 01 mart 2016 11:42 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunda qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Qalağayın kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü İbişov Famil Əlirza oğlu bacısı, 1988-ci il təvəllüdlü İbişova Hüsniyyə Əlirza qızının boğazını kəsərək qətlə yetirib.

Famil İbişov saxlanılıb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

Meyit müayinə olunmaq üçün Sabirabad rayon morquna aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR