Türkiyə XİN: Ermənistan tərəfindən Azərbaycan torpaqlarının illərdir davam edən işğalını şiddətlə qınayırıq

Türkiyə XİN: Ermənistan tərəfindən Azərbaycan torpaqlarının illərdir davam edən işğalını şiddətlə qınayırıq
# 26 fevral 2016 07:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 24 il bundan əvvəl Xocalıda qarşı-qarşıya qaldıqları qəddar hücum və qətliamı hər zaman qəlbimizin ən dərinliklərində hiss edir və bu acını paylaşırıq”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, Türkiyə Ermənistan Respublikası hərbi birləşmələri tərəfindən həyata keçirilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını şiddətlə qınayır: “Beynəlxalq ictimaiyyətdə layiq olduğu diqqəti almayan bu faciədə həyatını itirənlərə Allahdan rəhbət diləyir, bütün Azərbaycan qardaşlarımıza ən səmimi başsağlığımızı çatdırırıq”.

Sənəddə qeyd olunur ki, mülki əhaliyə qarşı insanlığa zidd hücumlar və Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində 1 milyona yaxın insan yurdlarını tərk etmək məcburiyyətində qalıb və o tarixdən bu yana qaçqın həyatı yaşamağa məhkum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR