Gələn il CQD-də SOCAR-ın iştirak payının maliyyələşdirilməsinə yönələcək vəsait açıqlanıb

Gələn il CQD-də SOCAR-ın iştirak payının maliyyələşdirilməsinə yönələcək vəsait açıqlanıb
# 29 sentyabr 2016 15:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2017-ci il dövlət büdcəsində əsaslı xərclər üçün 3 mlrd. 654,4 mln. manat vəsait nəzərdə tutulub.

"APA-Economics" 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatına istinadən xəbər verir ki, bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 22% təşkil edəcək.

Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə növbəti ilin dövlət büdcəsi xərclərindən 1,86 mlrd. manat vəsait sərf ediləcək. Həmin vəsaitin 560 mln. manatı və ya 30,1%-i "Cənub Qaz Dəhlizi" layihəsində SOCAR-ın iştirak payının maliyyələşdirilməsi üçün şirkətin nizamnamə kapitalının artırılmasına, 1,3 mlrd. manatı və ya 69,9%-i digər zəruri hesab edilən prioritet layihələrin və tədbirlərin maliyyələşdirilməsinə (dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən investisiya layihələrdə Azərbaycan tərəfinin maliyyələşdirdiyi öhdəliklərin yerinə yetirilməsinə və digər investisiya layihələrin maliyyələşdirilməsi) yönəldiləcək.

2017-ci il dövlət büdcəsinin əsaslı xərclərinin 1 mlrd. 796,4 mln. manatı dövlət büdcəsinin müvafiq xərc bölmələrində öz əksini tapmaqla xüsusi dövlət alışlarının həyata keçirilməsinə, sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların yenidən qurulmasına və əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin (əsas vəsaitlər, bina və tikililər, yaşayış və qeyri-yaşayış binaları) alınmasına yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR