Ukrayna XİN: Rusiyaya səfir təyinatı gündəmdə deyil

Ukrayna XİN: Rusiyaya səfir təyinatı gündəmdə deyil
# 03 avqust 2016 22:50 (UTC +04:00)

Bakı-APA. Rusiyaya səfir təyinatı gündəmdə deyil.

APA-nın “İnterfaks” agentliiynə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna XİN rəsmisi Yelena Zerkal bəyan edib.

“Ukrayna tərəfinin 2014-cü ildə verdiyi qərar qüvvədə qalır. Moskvada yalnız müvəqqəti işlər müvəkkili fəaliyyət göstərəcək”, deyə Y.Zerkal əlavə edib.

İyulun 28-də Rusiya prezidenti Vladimir Putin Mixail Zurabovu Rusiyanın Ukraynadakı səfiri vəzifəsindən azad edib. Sergey Toropov ölkənin Kiyevdə müvəqqəti işlər müvəkkili təyin edilib. İyulun 29-da isə Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsi səfir vəzifəsinə Mixail Babiçin namizədliyini dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR