Macarıstanın dövlət naziri Azərbaycana səfər edəcək

Macarıstanın dövlət naziri Azərbaycana səfər edəcək
# 22 aprel 2016 15:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Macarıstan xarici işlər və ticarət nazirinin müavini, təhlükəsizlik siyasəti və beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri István Mikola aprelin 25-də Bakıya gələcək.


Macarıstanın Azəbaycandakı səfiri İmre Laslotskinin APA-ya verdiyi məlumata görə, István Mikola BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal forumunda iştirak edəcək.

Səfir bildirib ki, onun forumda “Dayanıqlı inkişaf” mövzusunda çıxışı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR