Ukraynada itkin düşmüş azərbaycanlı iş adamının Rusiyada tapılan meyiti Azərbaycana gətirilib

Ukraynada itkin düşmüş azərbaycanlı iş adamının Rusiyada tapılan meyiti Azərbaycana gətirilib
# 02 mart 2016 10:29 (UTC +04:00)

Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, C. Əliyev doğulduğu Astara rayonunda dəfn olunacaq.

Qeyd edək ki, C. Əliyevin meyiti 2015-ci ilin oktyabrında Rusiyada tapılıb. Meyitin Rostov vilayətinin Kamensk-Şaxtinskiy rayonundan çıxarılması çətin olduğu üçün mərhumun yaxınları bununla bağlı dəfələrlə narahatlıqlarını bildiriblər. Bir müddət əvvəl C. Əliyevlə bərabər itkin düşmüş və eyni ərazidə tapılan digər azərbaycanlı iş adamı İkram Əbilovun meyiti gətirilərək doğulduğu Tərtər rayonunda dəfn olunub.

Ötən ilin noyabr ayında Luqansk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində cinayət əməllərində şübhəli bilinən və ələ keçirilən cinayətkar qrupun iki üzvü dindirmə zamanı azərbaycanlı iş adamlarını öldürdüklərini etiraf ediblər. Saxlanılan Ukrayna vətəndaşı Yuri Vladimiroviç Plitenko və Aleksandr Anatolyeviç Solovyev azərbaycanlı iş adamlarının necə öldürdüklərini açıqlayıblar. Qatillər bildiriblər ki, Rusiyadan biznes səfərindən qayıdan azərbaycanlı iş adamlarının üzərində xeyli vəsait olması barədə məlumat alıblar. Onların qarşılarını kəsərək öldürüblər, meyitlərini isə çaya atıblar. Üç gün sonra - avqustun 2-də azərbaycanlı iş adamlarının meyitləri Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinskiy rayonu ərazisində çayda tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR