Aİ Gürcüstana dair qətnamə qəbul edib

Aİ Gürcüstana dair qətnamə qəbul edib
# 26 aprel 2016 22:15 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Aprelin 25-26-da Brüsseldə Avropa Parlamentinin Komitə Assosiasiyasının ikinci iclasında Gürcüstan barədə qətnamə qəbul edilib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, sənəddə komitə Gürcüstan qanunvericiliyinin Avropa standartlarına yaxınlaşdırılmasını təmin etmək üçün Gürcüstanın səylərini alqışlayıb.

Sənəddə bildirilib ki, komitə Gürcüstanda həyata keçirilən uğurlu islahatları, viza reallaşdırılmasını, bütün sahələrdə inkişafın olduğunu təsdiqləyir və məhkəmə, prokurorluq islahatları nöqteyi-nəzərdən atılan addımları alqışlayır.

Komitə həmçinin yetkinlik yaşına çatmayanlar haqqında yeni məcəllənin qəbul olunmasını, insan hüquqları strategiyasının həyata keçirilməsi və yeni Əmək Məcəlləsinin qəbulunu alqışlayıb. Komitə Gürcüstan və Aİ münasibətlərinin və Assosiasiya Sazişinin ratifikasiya edilməsinin son məqsəd olmadığını qeyd edib.

Komitə Avropa Komissiyasının Avropa Parlamenti ə Avropa Şurasına ünvanlanan 2016-cı il, 9 mart tarixli Gürcüstan üçün viza rejiminin aradan qaldırılmasına dair təklifini alqışlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR