Ağcabədidə intihara cəhd olub

Ağcabədidə intihara cəhd olub
# 11 mart 2016 14:36 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı – APA. Ağcabədidə intihara cəhd olub.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə bu gün rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Rayon sakini Sənan Bağırov beşmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə rayon İcra Hakimiyyətinin (RİH) başçısı Şahin Məmmədov gəlib. RİH başçısı S. Bağırovu fikrindən daşındırıb və binadan düşüb.

Hazırda S. Bağırovun Ş. Məmmədovun qəbulunda olduğu bildirilir.

Hadisə şahidlərinin dediyinə görə, S. Bağırov banka borcu olduğu üçün intihar etmək istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR