Millət vəkili hesabat yığıncağında iştirak edib

Millət vəkili hesabat yığıncağında iştirak edib
# 26 fevral 2016 14:09 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin deputatı Novruz Aslanov fevralın 25-də İsmayıllı rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında iştirak edib.

Deputatın qərargahından APA-ya bildirilib ki, N. Aslanov tədbirdə çıxış edərək, respublikanın bütün bölgələrində, o cümlədən də İsmayıllı rayonunda sosial-iqtisadi inkişafın davamlı olmasından, dövlət başçısının bu rayona xüsusi diqqətindən və ismayıllılara göstərdiyi qayğıdan söhbət açıb. Bölgələrdə aparılan genişmiqyaslı abadlıq işlərinin və infrastruktur layihələrinin, həmçinin sosial yönümlü layihələrin bundan sonra da davam edəcəyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfərlərini bu rayona dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsi olduğunu bildirib. Yığıncaqda digər natiqlər də çıxış ediblər.

Həmin gün deputat həmişə olduğu kimi öz seçicilərini də qəbul edib və onların problemləri ilə maraqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR