Obama: "ABŞ və Fars körfəzi ölkələri ucuz neftə adaptasiya ilə bağlı dialoqa başlayır"

Obama: "ABŞ və Fars körfəzi ölkələri ucuz neftə adaptasiya ilə bağlı dialoqa başlayır"
# 21 aprel 2016 16:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. ABŞ və bu ölkənin Fars körfəzi hövzəsində yerləşən tərəfdaş ərəb ölkələri neftin qiymətləri ilə bağlı dialoq aparacaq. "APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə Ər-Riyadda səfərdə olan ABŞ prezidenti Barak Obama bildirib.

"ABŞ Fars körfəzi hövzəsində yerləşən ərəb ölkələri ilə ən yüksək səviyyədə dialoqa başlayacaq. Dialoqun əsas mövzusu aşağı neft qiymətlərinə adaptasiya olacaq", - deyə prezident qeyd edib.

ABŞ lideri əlavə edib ki, dialoq çərçivəsində həmçinin islahatların dəstəklənməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi məsələlər müzakirə ediləcək.

Onun sözlərinə görə, ABŞ bundan sonra da Fars körfəzi hövzəsində yerləşən ölkələrə zəruri dəstəyi verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR