Almaniya Gürcüstana vizasız rejimin tətbiqinə ehtiyatla yanaşır

Almaniya Gürcüstana vizasız rejimin tətbiqinə ehtiyatla yanaşır
# 05 iyun 2016 09:38 (UTC +04:00)

Bakı-APA. Almaniyada hökumət dairələrində Avropa İttifaqının Gürcüstan, o cümlədən Ukrayna və Kosova vətəndaşları üçün viza rejiminin ləğv edilməsi planı narazılıqla qarşılanır.

APA-nın “Die Welt” nəşrinə istinadən verdiyi məlumata görə, almanlar “gürcü oğrular”dan və miqrant axınından qorxurlar.

Bu məsələ Almaniya daxili işlər naziri Tomas de Mezerlə parlamentdə keçirilən qapalı görüşdə də geniş müzakirə olunub. Daxili işlər naziri Almaniyada xarici cinayətkar qrupların ölkədə oğurluq hallarının artmasındakı rolundan danışıb. T. Mezer hüquq-mühafizə orqanlarının xüsusən son dövrlər Gürcüstandan olan çoxlu sayda oğrular aşkarladığını, bu ölkədə mütəşəkkil cinayətkarlığın inkişaf etdiyini bildirib. Buna görə də Almaniya Avropa İttifaqı ölkələrinin ayrılıqda hər hansı ölkə ilə bağlı viza rejimini ləğv etməsi hüququ ilə bağlı xüsusi düzəlişin qəbul edilməsini təklif edir. Fransa da bu məsələdə Almaniyaya dəstək verir. Rəsmi Berlin mərhələlərlə viza rejiminin ləğvi ideyasını da irəli sürüb. “Die Welt” yazır ki, Avropa Komissiyası tədricən Gürcüstan, Ukrayna, Kosova və Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvini nəzərdə tutsa da, Almaniya bu prosesin addım-addım aparılmasını zəruri sayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR