Astara sakinin qadınları cinsi istismar məqsədi ilə Türkiyəyə apardığı müəyyən edilib

Astara sakinin qadınları cinsi istismar məqsədi ilə Türkiyəyə apardığı müəyyən edilib
# 29 fevral 2016 09:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Astara sakininin qadınları cinsi istismar məqsədi ilə Türkiyəyə apardığı ortaya çıxıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Fəxrəddin Xurşidovun gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR