Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10% bahalaşıb

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10% bahalaşıb
# 10 iyun 2016 11:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında 2015-ci ilin eyni dövrünə nisbətən Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 20,9%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4% artıb.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, may ayında aprel ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,7%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,8% azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3% artıb.

Ay ərzində bitkiçilik məhsullarından xiyarın, pomidorun, lobyanın və kələmin istehsalçı qiymətlərində ucuzlaşma, çay yarpağının və almanın istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

May ayında heyvandarlıq məhsullarından süd, qoyun və keçilərin istehsalçı qiymətlərində ucuzlaşma, yumurta, donuz və quş ətinin istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR