İran və Azərbaycan kənd təsərrüfatı məhsullarının üçüncü ölkələrə ixracında maraqlıdır

İran və Azərbaycan kənd təsərrüfatı məhsullarının üçüncü ölkələrə ixracında maraqlıdır
# 16 may 2016 14:11 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakıda Azərbaycan-İran biznes forumu keçirilir.

"APA-Economics" xəbər verir ki, forumda çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, son dövrlər hər iki ölkə arasında münasibətlər inkişaf etməkdədir. "Hər iki dövlətin qurumları arasında son dövrlərdə 5 sənəd imzalanıb ki, bu da aqrar münasibətlərin inkişafında hüquqi bazanı təmin edib", - deyə H. Əsədov qeyd edib.

Nazirin sözlərinə görə, forumda 80-dən artıq şirkət iştirak edir: "Aqrar sahədən İrandan olan iş adamları ilə təcrübə mübadiləsi aparılacaq. Heyvandarlığın inkişafı, süni mayalanma, toxumçuluğun inkişafı, hər iki ölkə arasında kadr mübadiləsi, elmi-tədqiqatların bölüşdürülməsi və s. sahələrdə hər iki tərəf bir-birinə dəstək verməyə hazırdır. Biz işçi qrupu təşkil etmişik. Əldə olunan razılaşmaların praktiki müstəvidə təşkilinə çalışacağıq".

İranın kənd təsərrüfatı naziri Mahmud Höccət isə bildirib ki, həm Azərbaycan, həm də İran prezidenti aqrar sahədə əlaqələrin inkişafında maraqlıdır: "Hər iki ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq istəyir. Kənd təsərrüfatı sahəsinin inkişafı ilə bu asılılıq aradan qaldırılacaq. Biz öz təcrübəmizi sizinlə bölüşməyə hazırıq. Hər iki ölkə kənd təsərrüfatı sahəsində ölkə daxilində istehsal olunan məhsulların həcmini artıra, həm də kənd təsərrüfatı məsullarını birgə istehsal və ixrac edə bilər. Biz ötən il 112 milyon tona yaxın kənd təsərrüfatı məhsulu ixrac etmişik. Biz Azərbaycandan bəzi məhsulların idxalında maraqlıyıq. Bundan başqa, biz müştərək qaydada məhsul istehsal edib üçüncü ölkələrə ixrac etməyi də məqbul sayırıq", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR