İntepol xətti ilə Azərbaycanda saxlanılanTürkiyə vətəndaşı Bolqarıstana ekstradisiya olunacaq

İntepol xətti ilə Azərbaycanda saxlanılanTürkiyə vətəndaşı Bolqarıstana ekstradisiya olunacaq
# 20 may 2016 09:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İntepol xətti ilə saxlanılınan Türkiyə vətəndaşı Kadir Barmaksız Mehmet oğlunun Bolqarıstana ekstradisiya edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Məhkəmə Kadir Barmaksızın Bolqarıstana ekstradisiya edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Kadir Barmaksız Mehmet oğlu Bolqarıstan gömrüyünə qaçamaqmalçılıqla külli miqdarda tütün keçirməkdə təqsirli bilinib. Onun saxlanılması mümkün olmayıb. Bolqarıstan Kadir Barmaksızı interpol xətti ilə axtarışa verib. Kadir Barmaksız bu il Azərbaycanda saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR