Fuad Qəhrəmanlı həbs olunub - YENİLƏNİB

Fuad Qəhrəmanlı həbs olunub - <span style="color: red;">YENİLƏNİB
# 08 dekabr 2015 20:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov -APA. Nəsimi rayon Məhkəməsi Fuad Qəhrəmanlı barədə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, F. Qəhrəmanlı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Onu vəkil Fəxrəddin Mehdiyev müdafiə edib.

22:05

Bakı. Etibar Məmmədov-APA. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verib.

APA-nın məlumatına görə, F. Qəhrəmanlı Nəsimi rayon Məhkəməsinə gətirilib.

Məlumata görə, ona Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə ittiham irəli sürülüb.

***

20:05

Bakı. Hafiz Heydərov-APA. Bu gün Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün Baş Prokurorluğa dəvət olunub.

Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, o, hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında F. Qəhrəmanlının şahid qismində dindirilıməsi faktını təsdiqləyib.

Qeyd edək ki, F. Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavinidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR